Sərdar Ortac etiraf etdi: "Görüşməyə qorxurdum"

Sərdar Ortac etiraf etdi: "Görüşməyə qorxurdum"
18:42 2 Yanvar 2015
279 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Sərdar Ortac həmkarı və yaxın dostu Ebru Gündeşi çətin günlərində axtarmadığı üçün peşman olduğunu söyləyib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi "Söyləməsəm, olmaz" proqramında maraqlı açıqlamalar verərək səhvini boynuna alıb:

"Ebruyla heç zaman küsülü olmadıq. Mənim çox böyük səhvim var. 1997-ci ildə Mamak həbsxanasında yatdığım vaxtda məni ilk ziyarət edən adam o idi. Ən pis vaxtlarımda hər zaman yanımda olub. Keçən il Ebrunun başına pis hadisələr gələndə isə mən heç bircə "keçmiş olsun" da demədim. Elektron məktub yazdım, mesaj yazdım, amma yeni telefon nömrəsini tapa bilmədim. Əslində isə məndə varmış, sadəcə bəsarətim bağlandı. Ebrunun ürəyini qırdım və nə desə, haqlıdır. Kaş ki evinə gedib "keçmiş olsun" desəydim, üz-üzə görüşsəydim. Xlo (həyat yoldaşı) da "mütləq get, o sənin dostundur" dedi. Amma gündəm çox qarışıq idi, bəlkə də görüşməyə qorxurdum".

Xatırladaq ki, 2013-cü ilin dekabrında Türkiyədə aparılan polis əməliyyatları nəticəsində Ebru Gündeşin həyat yoldaşı Rza Zərrab həbs olunmuşdu. O, 2014-cü ilin fevral ayında sərbəst buraxılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR