Bu il boks üzrə əsas yarışlara ev sahibliyi edəcək şəhərlərin adları açıqlanıb

10:08 22 Fevral 2015
70 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc
Avropa Boks Konfederasiyasının (EUBC) İcraiyyə Komitəsi 2015-ci ildə əsas yarışlara ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb.
AzərTAc EUBC-yə istinadla xəbər verir ki, mayın 15-24-də keçiriləcək yeniyetmələrin Avropa birinciliyinə Ukraynanın Lvov şəhəri sahiblik edəcək.
Məktəblilərin Avropa birinciliyi iyulun 15-24-də Rusiyanın Sıktıvkvar şəhərində, böyüklər arasında Avropa çempionatı avqustun 6-15-də Bolqarıstanın paytaxtı Sofiyada, yeniyetmə və gənc qızlar arasında qitə birinciliyi avqustun 15-24-də Macarıstanın Kestxey şəhərində təşkil olunacaq.
Gənclər arasında Avropa birinciliyi noyabrın 20-29-da Polşanın Kolobrzeq şəhərində keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_boks_uzre_esas_yarislara_ev_sahibliyi_edecek_seherlerin_adlari_achiqlanib-834040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR