Bu rayon Azərbaycandan təcrid olub

Bu rayon Azərbaycandan təcrid olub
12:34 22 Fevral 2015
251 Ölkə
Ölkə mətbuatı
A- A+

Bütün kəndlərdə işıq sönüb, rabitə iflic olub

Dağlıq Lerik rayonuna 3 gündən bəri yağan güclü qar bir sıra fəsadlara səbəb olub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Hamarat kəndi ərazisində, eləcə də Yardımlı-Masallı yüksək gərginlikli hava xətlərində qəza baş verdiyindən fevralın 20-dən günorta saatlarından Lerik şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələri işıqsız qalıb.

 

Bu isə rayondakı mobil telefon operatorlarının da işinin iflic olması ilə nəticələnib. Hazırda həm “Aztelekom”un, həm də mobil telefon abonentlərinin heç biri ilə əlaqə yaratmaq mümkün deyil.

 

Güclü qar Lənkəran-Lerik şosesində nəqliyyat vasitələrinin hərəkətini də iflic edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR