"Manat revanş götürə bilər"

"Manat revanş götürə bilər"
16:21 22 Fevral 2015
165 Sosial
Ölkə mətbuatı
A- A+

"Yaxın 2-3 gündə dollar almağa tələsməzdim, manat müəyyən revanş götürə bilər"

Bu fikirlər iqtisadçı ekspert Samir Eliyevə məxsusdur.

ANS PRESS-in məlumatına görə, ekspert sosial mediada paylaşdığı statusunun sadəcə bir ehtimal olduğunu bildirib.

Hazırda İtaliyada olan S.Əliyev manatın düşməsilə bağlı zarafat da edib: "Roma xalqı qarşısında biabr oldum. Dedim manat dünyada ən güclüdür. Amma milli valyuta yalançı çıxartdı məni".

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=25&nid=327568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR