Kosovo futbol millisi ilk rəsmi matçını Farer adalarına qarşı keçirəcək
Paylaş
·53 baxış·1 dəq oxu
Bakı. 4 May. REPORT.AZ/ Kosovo milli komandası tarixində ilk rəsmi futbol oyununu iyunun 3-də Frankfurtda keçirəcək. Komandanın rəqibi Farer adaları yığması olacaq. "Report" xəbər verir ki, bu barədə Farer adalarının Futbol Federasiyası məlumat yayıb. Kosovo Futbol Federasiyası mayın 3-də UEFA konqresində lehinə 28, əleyhinə 24 səs olmaqla quruma üzv qəbul edilib.