Oyun başladı... - VİDEO

Oyun başladı... - VİDEO
12:17 23 Fevral 2015
646 Digər
Ölkə mətbuatı
A- A+

“SOY” prodakşnla Azad Azərbaycan Teleradioyayımı şirkətinin birgə layihəsi olan “Miras” komediya serialının ikinci seriyası tamaşaçılara bol gülüş bəxş edəcək. Serialın baş qəhrəmanı Cəvahir xanım (xalq artisti Şükufə Yusupova) kirayənişinlərinin başına oyun açır, yeməklərinə qarınağrı dərmanı qatır. Bununla da qarının “oyun”u başlayır. Bəs ev sahibəsinin bu hoqqalarına hansı kirayənişin tab gətirəcək?

Serialda teatr və kinomuzun aparıcı simaları xalq artisti, şöhrət ordenli Şükufə Yusupova, xalq artisti Vidadi Əliyev, əməkdar artistlər Telman Əliyev, Şövqi Hüseynov və başqaları rol alıblar. Serialın quruluşçu rejissoru Siyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyevdir.

Qeyd edək ki, “Miras” komediya serialı hər həftənin şənbə günü saat 20:00-da, təkrarı isə cümə axşamı saat 12:00-da ATV kanalında yayımlanır.

Videonu izləmək üçün şəklə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/326107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR