Ançelotti Mourinyo və Qvardiolanı qabaqladı

Ançelotti Mourinyo və Qvardiolanı qabaqladı
12:32 23 Fevral 2015
57 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın baş məşqçisi Karlo Ançelotti yeni rekorda imza atıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu İspaniya La Liqasının 24-cü turunda keçirilən "Elçe"yə qarşı matçda baş verib.
 
Təcrübəli mütəxəssis bu oyunla Madrid klubunda ilk 100 matçında 78-ci qələbəsini qazanıb. Bununla da o, bu göstəricidə ispan klublarında işləmiş bütün məşqçiləri qabaqlayıb.
 
Qeyd edək ki, "Real"ın sabiq baş məşqçisi Joze Mourinyo ilk 100 oyununda 77, "Barselona"nın sabiq çalışdırıcısı Pep Qvardiola isə 71 qələbə qazanıb.
 
Xatırladaq ki, "Elçe" - "Real" görüşü ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/326109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR