"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında R.Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə heyəti müşabirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası hökm oxuyub. Məhkəmənin hökmü ilə R.Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Əliyev ötən il polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış aparılarkən 1 kq-dan artıq narkotik maddəsi aşkarlanıb.
Xatırladaq ki, R.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.