BMT Azərbaycana “Reproduktiv sağlamlıq haqqında” qanunun tezliklə qəbul olunmasını tövsiyə edib

12:52 23 Fevral 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 12:50 ]


Bakı. Fərid Mirzəyev – APA. “BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya dair V Dövri Hesabatı zamanı qadınların siyasi həyatda irəli çəkilməsi, internetdə insan alveri, məişət zorakılığı, qadınlara kişilərlə bərabər əmək haqqının ödənilməsi, üfüqi və şaquli ayrı-seçkilik, BMT-nin 1325 qətnaməsinin icrası, yeni konvensiyaların qəbulu və digər suallara Azərbaycan dövlətinin nümayəndələri tərəfindən cavab verilib”. Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

 

E. Səfərovun sözlərinə görə, dinləmələr zamanı beynəlxalq ekspertlər ötən illərlə müqayisədə Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində aparılan islahatları müsbət qiymətləndirib: “Beş il əvvəlki vəziyyətlə müqayisədə qanunvericilikdə və digər sahələrdə aparılan islahatlar, keçirilən maarifləndirmə işləri təqdirəlayiq hesab olunub. Hesabatın dinlənilməsi prosesində selektiv abortlar, erkən nikahlarla mübarizə sahəsində Azərbaycan hökumətinə tövsiyələr verilib. Bundan başqa, tezliklə Azərbaycanda “Reproduktiv sağlamlıq haqqında” Qanunun qəbul olunması da tövsiyə edilib”.

 

Qeyd edək ki, fevralın 18-də Azərbaycan hökumətinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya dair V Dövri Hesabatı xüsusi Komitədə dinlənilib. İclasda 23 ölkənin təmsil edən ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatları, KİV nümayəndələri iştirak edib. Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR