BANM-də “Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsinin iştirakçıları ilə görüş keçirilib

BANM-də “Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsinin iştirakçıları ilə görüş keçirilib
13:12 23 Fevral 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 13:06 ]


Bakı - APA. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi olan “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin iştirakçıları Bakı Ali Neft Məktəbində (BANM) olublar.

 

Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri açan rektor Elmar Qasımov KİV nümayəndələri olan iştirakçıları salamlayaraq, onları BANM-də görməkdən məmnun olduğunu bildirib.

 

O, BANM-nin yaranma tarixi, məqsədləri, qısa zaman ərzində əldə etdiyi uğurları və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlıq haqqında ətraflı məlumat verib. Rektor BANM-in Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğulayıb. E.Qasımov hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun  növbəti təhsil ilində istifadəyə veriləcəyini, bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını deyib. Rektor tələbə qəbulu göstəricilərinin reytinq cədvəlinə görə BANM-in 2012-ci və 2013-cü illərdə ali məktəblər arasında mütləq lider olduğu, tədris prosesinin Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ingilis dilində ən müasir texnologiyaların tətbiqi ilə aparıldığını vurğulayıb. O, tələbələrin təhsildə, müəllimlərin isə tədrisdə motivasiyasını artırmaq üçün kompleks tədbirlərin həyata keçirildiyini, tədris prosesinin istehsalatla sıx əlaqədə olduğunu, biliklərin qiymətləndirilməsində tam şəffaf və obyektiv mühitin yaradıldığını qeyd edib. Bununla yanaşı, E.Qasımov BANM-də tədris prosesinin müasir metodlarla təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər haqqında da jurnalistlərə məlumat verib.

 

Sonra Elmar Qasımov “Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsinin iştirakçısı olan KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

 

Xatırladaq ki, ARDNş-ın Mətbuat Şurası ilə birgə reallaşdırdığı “Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsi neft-qaz mövzuları üzrə ixtisaslaşmaq istəyən gənc jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Layihə Azərbaycan KİV-də enerji mövzularının işıqlandırılmasında keyfiyyətin yüksəldilməsi, gənc jurnalistlərin neft-qaz sektorunun müxtəlif sahələri və spesifik xüsusiyyətləri haqqında biliklərinin artırılmasına yardım göstərilməsi, ölkəmizin neft sənayesinin son illər ərzində qazandığı qlobal və regional əhəmiyyətli nailiyyətlər, habelə SOCAR-ın fəaliyyət istiqamətləri ilə onların daha yaxından tanış olmaları məqsədilə həyata keçirilir. İştirakçılar arasında ümumilikdə 22 KİV, o cümlədən televiziya, qəzet, informasiya agentliyi və portalları təmsil edən 36 jurnalist var.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373743

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR