Özünü güllələyən polis komandırilə bağlı yeni xəbər

Özünü güllələyən polis komandırilə bağlı yeni xəbər
13:21 23 Fevral 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi polis əməkdaşının özünü güllələyib öldürməsi faktı ilə bağlı məlumat yayıb.

ANS PRESS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də Baş Mühafizə İdarəsinin Kürdəmir rayonlararası mühafizə bölməsinin manqa komandiri, polis baş serjantı Neman Tanrıverdiyev “Makarov” markalı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb.

Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapança, 2 ədəd güllə darağı, 15 patron və 1 ədəd giliz götürülüb.

Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327696

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR