"Report" "Khaama Press"ə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, girovlar Əfqanıstan hərbçilərinin ötən gecə keçiridiyi xüsusi əməliyyat nəticəsində azad edilib.
Əməliyyat zamanı "Taliban"ın 2 silahlısı öldürülüb, 3-ü isə yaralanıb, xeyli miqdarda partlayıcı maddə aşkar olunaraq götürülüb.