İngiltərə Futbol Assosasiyası (FA) "Newcastle United"in yrımmüdafiəçisi Cek Kolbeki totalizator oyunlarına pul yatırmaqda ittiham edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun "Bayern" - "Atletico" matçına pul qoyduğu deyilir. Son illərdə FA oxşar ittihamlarla bir neçə futbolçunu cəzalandırıb. 2013-cü ildə totalizort oyunlarında iştirak Endryu Taunsendi gənclər arasında baş tutan AVRO-2013-də iştirakdan etmişdi. Taunsend 4 ay müddətinə futboldan kənarlaşdırılmışdı. 2014-cü ildə "Newcastle"ın daha bir futbolçusu Den Qoslinq bu səbəbdən 30 min funt cərimə edilmişdi. 2016-cı ilin martında "Manchester City"nin 35 yaşlı müdafiəçisi Martin Demiçelis bu ittihamla üzləşmişdi.

İngiltərədəki qaydalara əsasən, futbolçu nə birbaşa, nə də dolayı yolla totalizator oyunlarına pul qoya bilməz.

Milli.Az