"Report"un məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, ASC-nin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Mərkəzi Bank “Yunayted Kredit Bank” ASC-ni məhkəməyə verib. AMB ASC-nin iflas prosedurunun başlanması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ərizəni təmin edib. Qərardan narazı qalan “Yunayted Kredit Bank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, bu il yanvarın 25-də AMB İdarə Heyətinin qərarı ilə “Yunayted Kredit Bank” ASC-nin lisenziyası ləğv edilib. Banka müvəqqəti inzibatçı təyin olunub.