"Report" xəbər verir ki, mükafatlandırma mərasimində dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər iştirak ediblər.
Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev bildirib ki, Azərbaycanın dünya ölkələrinə müxtəlif cəmiyyətlərə təqdim edəcəyi çoxsaylı dəyərləri var. O bildirib ki, quran motivləri əsasında yazılmış hekayələrin nəşr olunduğu kitabda 50-dən çox hekayə toplanıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, xalqların söykənəcəyi müəyyən dəyərlər olmayanda həmin xalq assimilyasiyaya uğrayır: "Azərbaycanın dəyərlər sistemində dili, ailə dəyərləri, eləcə də dini dəyərləri önəmli yer tutur. Heydər əliyev Azərbaycanın milli-mənəvi dəyərlərinin, o cümlədən dini dəyərlərin qorunmasına çox böyük önəm verib. İslami dəyərlərimiz olduğu kimi yaşadılmalı və gələcək nəsillərə çatdırılmalıdır".
Daha sonra ən müxtəlif yaş qruplarını təmsil edən hekayə müəlliflərinə mükafatlar təqdim olunub.
