"Real"dan getməyə hazırlaşan Alvaro Arbeloa sosial şəbəkədə "Barselona"nın müdafiəçisi Jerar Pike ilə qarşıdurmasına münasibət bildirib. Goal.az "As" nəşrinə istinadən xəbər verir ki, təcrübəli futbolçu bunları deyib:
"Buna normal yanaşıram. Mən öz komandamı müdafiə etmişəm. Heç vaxt "Barselona" və katalon azarkeşlərə hörmətsizlik göstərməmişəm. Heç bir səhvə yol verməmişəm. Əgər səhv etmişəmsə, buna davam edəcəm. Çünki etdiklərimə görə peşman deyiləm. Hörmət nümayiş etdirmək istədim. Güman edirəm ki, məndə alındı. "Real"ın arxasında dağ kimi dayanacam. Heç kimin bizi məsxərə obyektinə çevirməsinə imkan vermərəm".
Milli.Az