Əməkdar artist Teymur Əmrah yerli rejissorları bəyənməyib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "10-dan sonra" verilişində elə buna görə klip çəkdirmədiyini deyib:
"Azərbaycanda yeganə müğənniyəm ki, mənim klipim yoxdur. Mən oxumuşam "Bu dünya bir nərdivandır". Bunu rejissor necə çəkəcək? Mənə elə gözəl rejissor lazımdır ki, onu hiss etsin. Nərdivan qurmaq lazım deyil. O, elə bir ardıcıllıq qurmalıdır ki, özünü sata bilsin. Onu çatdırmaq lazımdır".
T.Əmrah müğənnilərin canlı oxumasından danışıb:
"Hansı xarici müğənni konsertində tullanıb canlı oxuyub? Bu yalandır. Heç vaxt xaricilər canlı oxumayıblar. Maykl Cekson Yer kürəsində bir nömrəli ulduz idi. O, heç vaxt tullana-tullana canlı oxumayıb, yalan söhbətdir".
Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Facebook səhifəmizə üzv olun.
Milli.Az