Seminarın əsas mövzusu biznesə yeni başlayan gənclərin bu yolda daha qəti addımlar ata bilməsi üçün onların özlərinə inamlarının artırılması, özlərini daxildən motivasiya edə bilmə və öz bacarıqlarını kəşf etmə yolları haqqında olub.
Seminar GR8 Ünsiyyət Kurslarının həmtəsisçisi, KVAN kitabının müəllifi Coşqun Kərimov tərəfindən keçirilib.
Seminarda “Baku Business Factory”də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak ediblər.
Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.







