Müğənni Serdar Ortaç boşanmağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, müğənni sosial şəbəkədə yayılan dedi-qodulara aydınlıq gətirib.
"Yayılan xəbərlərə çox əsəbləşdim. Biz boşanmadıq və Allahın izni ilə heç vaxt da boşanmayacağıq. Mənim anam və rəhmətlik atam 40 il evli olublar. Siz gedin öz bədbəxtliyinizlə məşğul olun. Belə əsassız xəbərlər yazmaqdan utanın".
Xatırladaq ki, müğənninin həyat yoldaşı "Ford Models Mayami"nin heyətinə daxil olduğu, tez-tez ABŞ-a getdiyi bildirilmişdi. Yayılan xəbərlərdə Sərdarın Chloe ilə maraqlanmadığı, onu bu səfərlərdə tək qoyduğu qeyd olunmuşdu. Ailə dostları isə cütlüyün boşanmaqları barədə yayılan xəbərləri təsdiqləmişdi.
Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Milli.Az Şou Facebook səhifəmizə üzv olun.
Milli.Az