Estoniya sərhəddində 5 ədəd rus qırıcısı ələ keçirilib. Əməliyyatı Böyük Britaniya Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları yerinə yetirib.

ANS PRESS-in "Tass" xəbər agentliyinə istinadən bildirir ki, məlumatı Böyük Britaniya Müdafiə Nazirliyi təsdiqləyib. Qurumun bildirdiyinə görə əməliyyatı Estoniyanın "Amari" bazasında dislokasiya edilmiş "Typhoon" qırıcıları yerinə yetirib. Bütün tədbirlərin NATO-nun Baltikyani ərazilər üçün nəzərdə tutulmuş tapşırıqları əsasında icra edildiyi deyilib. Həyəcan siqnalı verilən kimi "Typhoon"lar havaya qaldırılıb.

İngiltərədən Rusiyanın kəşfiyyat həmlələrinə sərt reaksiya verilibİngiltərədən Rusiyanın kəşfiyyat həmlələrinə sərt reaksiya verilib

Əvvəlcə iki ədəd Su-27 və bir ədəd radioelektron kəşfiyyat təyyarəsi İl-20 aşkarlanıb. Ardından daha iki Su-27 aşkarlanıb və ələ keçirilib.

Müdafiə Nazirliyi bildirdiyinə görə, təyyarələr identifikasiya şifrələrini deməyib və regional idarə mərkəzləriylə əlaqə qurmayıblar.

Böyük Britaniya Müdafiə Naziri Maykl Fellon bildirib ki, HHQ-nin rus həmlələrinə qarşı həftə ərzində ikinci həmləsidir. Britaniyanın həftənin 7 günü 24 saat ərzində NATO-nun maraqlarını və Baltika səmasını müdafiə edəcəklərini bildirən nazir fikrini yekunlaşdırıb.