O, Bakıya gələndən sonra şəhəri gəzdiklərini və bəyəndiklərini söyləyib.
Bakıda keçirilən Avropa çempionatının yarımfinalında Portuqaliya ilə keçirilmiş oyundan danışan müdafiəçi bunları bildirib: "Bizim üçün çox çətin oyun oldu. Çünki Portuqaliya yığması həm fiziki, həm də texniki cəhətdən güclü komandadır. Ağır oyun oldu. Həm fiziki, həm də mənəvi baxımdan insan yorulur. Hava topları ilə irəli keçməyə çalışırdıq. Nə qədər effekt verdiyini deyə bilmərəm. Amma seçmə mərhələdə bu taktika ilə uğur qazanmışdıq".