"Yuventus"un qapıçısı Canluici Buffon Çempionlar Liqasının finalında qeydə alınacaq Madrid derbisi barədə fikir bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 38 yaşlı qolkiper "Atletiko"nun 2014-cü ildəki uğursuzluğun əvəzini çıxmasını istədiyini söyləyib.

"İdmanda ədalət varsa, "Atletiko" finalda qalib gələcək. İki il öncə onlar Serxio Ramosun 93-cü dəqiqədə vurduğu qoldan sonra uğursuz şəkildə "Real"a məğlub oldu. Həyatın revanş imkanı yaratdığına inamım böyükdür. Amma "Atletiko" üçün çox çətin olacaq. "Kral klubu" belə oyunlardan xeyli təcrübə toplamış kollektivdir".

Milli.Az