ANAMA-dan "Report"a verilən məlumata görə, mayın 23-də 6 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 10 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd "Qrad" raketinin mühərrik hissəsi və 122 mm-lik partlamamış OF-56 top mərmisi) tapılıb və gün ərzində 21 190 kv. m ərazi təmizlənib.
Tərtər rayonu
Cəmilli kəndi - 2 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 9 500 kv. m ərazi yoxlanılmışdır.
Əskipara kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, və nəticə etibarı ilə 4 000 kv. m ərazi yoxlanılmışdır.
Cəmi: 3 ev və həyatyanı sahə, 4 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd Qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülmüş və nəticə etibarilə 13 500 kv. m ərazi təmizlənmişdir.
Ağcabədi rayonu
Hacılar kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat (PHS) aşkar olunmamış və nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılmışdır.
Cəmi: 2 ev və həyətyanı sahə, 2 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə
1 000 kv. m ərazi təmizlənmişdir.
Ağdam rayonu
Qaradağlı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat (PHS) aşkar olunmamış və nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılmışdır.
Cəmi: 1 ev və həyətyanı sahə, 1 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə
1 000 kv. m ərazi təmizlənmişdir.
Füzuli rayonu
Şükürbəyli kəndi – 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, nəticə etibarı ilə 690 kv. m ərazi yoxlanılmışdır.
Cəmi: 2 otlaq sahəsi, 2 partlayış yeri aşkar edilmiş və nəticə etibarilə 690 kv. m ərazi təmizlənmişdir.
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış 122 mm-lik OF-56 top mərmisi və nəticə etibarı ilə 5 000 kv. m ərazi yoxlanılmışdır.
Cəmi: 1 əkin sahəsi, 1 partlayış yeri aşkar edilmiş, 1 ədəd partlamamış 122 mm-lik OF-56 top mərmisi və nəticə etibarilə 5 000 kv. m ərazi təmizlənmişdir (DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı).
Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən mayın 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 515 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 453 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.








