Zaqatalada dələduzluqla məşğul olan şəxslər saxlanılıb.
Kanal S (Region TV) xəbər verir ki, Qazax rayonu Kosalar kənd sakini, 32 yaşlı Alırzayev Arzu Süleyman oğlu, Laçın rayonu Bozlu kənd sakini, 35 yaşlı Təhməzov Əfqan Barat oğlu, Ağdam rayonu Şurabad kənd sakini, 36 yaşlı Quliyev Mahmud Qənbər oğlu və Laçın rayonu Çıraqlı kənd sakini, 35 yaşlı Xəlilov Elbrus Azay oğlu qrup təşkil edərək Zaqatala sakinlərini aldadıblar.
Onlar avqust-sentyabr aylarında rayonun Suvagil kənd sakinləri Qazıyev Kərim Osman oğlunun 201 baş, Çobanzadə Ramazan Şaban oğlunun 301 baş, Mülkümov Məhəmməd Abdurahman oğlunun 184 baş quzularını dələduzluq yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxslərə ümumilikdə 40 min manat maddi ziyan vurublar.
Zaqatala RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adı çəkilən qrup üzvləri saxlanılıb.
Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində istintaq aparılır.
Milli.Az