Aygün Kazımova yenidən ona qayıtdı - FOTO

Aygün Kazımova yenidən ona qayıtdı - FOTO
11:05 3 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Aygün Kazımova onunla yenidən iş birliyinə başlayır
Milli.Az xəbər verir ki, ilin çox vaxtlarını qardaş ölkə Türkiyədə keçirən xalq artisti Aygün Kazımova vətənə dönüb. Azərbaycana dönər-dönməz müğənni yeni işlər görməyə başlayıb.

Xatırladaq ki, keçmişdə prodüser Toliklə işləyən müğənni sonradan ayrılmışdı. Prodüserin şəxsi səhifəsində verdiyi məlumat isə əksəriyyəti təəccübləndirib. Tolik bildirib ki, bundan sonra o, xalq artisti ilə birlikdə çalışacaq.

"Bu da bizim Aygün Kazımova və sizə deyəcəyim xəbər. Bu gündən Aygün xanımla iş birliyinə başlayırıq. Elton həmişə mənimlədi, bu il bizim ildi. Məni tanıyanlar bilir mən boş-boşuna danışmıram. Əgər deyirəmsə, eləyirəm ona görə gözləyin. Yeni işlər, yeni layihələr, konsertlər və sayrə".

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR