"Tbilisidə ATƏT Parlament Assambleyasının (PA) illik sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək".

Milli.Az bildirir ki, bunu Trend-ə ATƏT-in mətbuat xidmətindən deyiblər.

1-5 iyulda keçiriləcək sessiyada Milli Məclisin vitse-spikeri Bahar Muradova və deputat Azay Quliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

Sessiyanın yekunları üzrə Tbilisi bəyannaməsi qəbul ediləcək.

Milli.Az