Bakı, 24 fevral, AzərTAc
Avropa Oyunlarında təmsil olunacaq gimnastika növlərindən biri də batutdur. Fərdi və sinxron hərəkətlərdə Avropanın ən güclü idmançıları bu yay Bakıda çıxış edəcəklər.
Bu idman növü üzrə ölkəmizi 2 kişi və 2 qadın idmançı təmsil edəcək.
Avropa Oyunlarının mümkün iştirakçılarından biri Sabina Zaytseva AzərTAc-a müsahibəsində idmana gəlişi və Avropa Oyunları haqqında maraqlı fikirlər səsləndirib.
-Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
- İlk öncə bədii gimnastikanı seçmişdim, lakin qardaşımın doğulması ilə əlaqədar olaraq, məni uzağa aparıb gətirmək çətinləşdi. Evimizə ən yaxın olan isə batut üzrə məktəb idi.
-Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?
- Nənəmin bacısı doğum tarixi əsasında insan taleyini öncədən görə bilirdi. Məhz elə o, məni idmana aparmaq fikrini anama bildirmişdi. Belə demişdi: “Bu qız idmançı olmalıdır. Onun doğum tarixi – olimpiya tarixidir”. Buna görə də düşünürəm ki, məndə başqa idman növlərində də alınardı (gülür).
-Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?
- Düzünü desəm, çox çətinliklə. Böyük təcrübəmə baxmayaraq, hər dəfə həyəcanlanıram. Sirlərim yoxdur, hər dəfə batut üzərinə bunu düşünürəm: “Nə olmalıdırsa, o da olacaq, nə olmalı deyilsə, o da olmayacaq”.
- Fikrinizcə, hər hansı idman növündə ən vacib olan nədir?
- Xarakter. Onsuz mümkün deyil. Yalnız inadkar xarakterlə nəticə əldə etmək olar. Öz gücünə inanan, məqsədi olan və arzuladığını əldə etmək istəyi olan insanlar illərlə gözlədiklərinə mütləq çatacaqlar. Əlbəttə, əməksevərlilik də lazımdır.
- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- Hər idman növü özünə görə təhlükəlidir. Batutu isə komkret olaraq təhlükəli hesab etmirəm. Sadəcə uğursuz tullanışlar ola bilər.
-İdmanda kumiriniz varmı?
- Kumirim yoxdur, heyran olduğum tanınmış idmançılar var. Misal üçün, Belaruslu olan biotlonçu Darya Domraçeva. Öz ölkənin qəhrəmanı olmaq – baha başa gəlir.
- Bir qədər yaxın gələcək üçün idman planlarınızdan danışın.
- Mən öncədən nəsə deməyi xoşlamıram, dediyim kimi nə olmalıdırsa, o da olacaq. Hazırda, mənim başlıca məqsədim Avropa Oyunlarıdır. Sonra isə vəziyyətə baxacam. Əlbəttə lisenziya xarakteri daşıyan dünya çempionatı da əhəmiyyətlidir.
-Avropa Oyunlarına necə hazırlaşırsınız?
- Hazırda Avropa Oyunları – 2015 mənim üçün hər şeydir - mənim yuxum, yeməyim, həyatımdır. Bu oyunların əhəmiyyəti barədə düşünmədiyim bir an belə yoxdur. Bütün şəhər, bütün ölkə bu oyunlara hazırlaşır. Hər yerdə hamı bizə uğurlar arzulayır. Artıq hiss edirəm ki, bütün xalq bizi necə dəstəkləyəcək.
-İdmandan bir az uzaqlaşaq. Reallaşdırmaq istədiyin başqa arzularınız, məqsədləriniz varmı?
- Əlbəttə, onsuz mümkün deyil. Təşkilatçılıq işini çox sevirəm. Ona görə də ciddi olaraq, müxtəlif tədbirlərin təşkili ilə məşğul olacaq studiya qurmaq haqda fikirləşirəm.
-İdmanla gündəlik həyatınızı birləşdirə bilirsinizmi?
- Mənim bütün həyatım idmanla bağlıdır. Bu elə mənim adi həyatımdır. Onsuz həyatı təsəvvür edə bilmirəm. Amma adi həyatla idman fərqli anlamlardır və hər biri özünə görə gözəldir.
-Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Onlardan nə eşitmək istərdin?
- Bu barədə düşünməmişəm, düzünü desəm çıxışa hazırlaşanda ətrafda baş verənləri nə görmürsən, nə də eşitmirsən.
-Onlara nə demək istərdiniz?
- Çox sağ olun ki, varsınız!