Azərbaycan 2003-cü ildən başlayaraq xammal resurslarından ən çox gəlir götürən ölkələr arasında qərarlaşıb. ANS PRESS-in məlumatına görə, bu haqda "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məlumatında deyilir. "İqtisadi artımı, fiskal effektivliyi və 2003-cü ilin ixrac gəlirlərini nəzərə alaraq Boliviya, Peru, Azərbaycan və Kot-d’İvuar xammal resursları qiymətlərindəki sıçrayışdan ən çox qazanan ölkələrdir, Bəhreyn, Qabon, Venesuela və Surinam isə ən az gəlir əldə edən dövlətlərdir", - deyə hesabatda bildirilir.

Neftin qiymətində artım müşahidə olunub
Agentliyin analitiklərinin hesablamalarına görə, inkişafda olan xammal ixracatçı-ölkələrin ümumi fiskal gəlirləri 2013-cü ildən fərqli olaraq bu il 1,3 trilyon az olacaq.
Fitch qeyd edir ki, iqtisadiyyatı xammal ixracı əsasında qurulan inkişafda olan ölkələrin mərkəzləşdirilmiş xərcləri 2000-ci illərin ortalarından ÜDM-də 5%-ə qədər artsa da, 2012-ci ildən ÜDM-də 2%-ə qədər azalıb.

Hazırda Rusiya neft hasilatına görə dünya birincisidir. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 2016-cı ilin I rübündə 10,3 milyon barel, Rusiyanınkı isə 10,8 milyon barel olub. Üçüncü yerdə ABŞ-dır. Bu ölkənin günlük hasilatı hazırda 9 milyon barel ətrafında dəyişir.