Sabah ANS ÇM radiosunun yaradılmasından 22 il ötür. ANS PRESS-in məlumatına görə, ANS ÇM-in efirində əyləncəli layihələrlə yanaşı maarifləndirici, sosial mövzuları əhatə edən layihələr də həyata keçirilir. Lakin insanlar ANS-i bir xəbər kanalı kimi tanıyır və etibar edir.

Radiostansiyanın baş direktoru Sona Rəsulova ANS ÇM-i məhz xəbər kanalı olduğuna görə seçdiyini deyir:

"Radioda 1 gün digərinə bənzəmir".

"Sabah biz həm 28 May Müstəqillik gününü, həm də ANS ÇM-in 22 yaşını dinləyicilərimizlə bərabər qeyd edəcəyik. Sabahkı konsertdə Azərbaycanın bir çox ulduzları olacaq. Konsertdə sürprizlər və bayram günü çox səs-küylü olacaq. Dinləyicilərimizin həftə sonunu mükəmməl keçirməsi üçün əlimizdən gələni edəcəyik. Səhər saat 8-dən gecəyə kimi davam edəcək. Bizi artıq neçə gündür təbrik edirlər. Dünyanın istənilən yerlərindən ansradio.ws saytına girərək bizi dinləyə bilərlər”.

Sona Rəsulovanın sözlərinə görə, dünyanın məşhur ulduzları ANS ÇM-ə səsli mesaj göndərək təbrik ediblər. Həmin təbriklər sabah efirdə səslənəcək.

Sona Rəsulova - ANS ÇM-in baş direktoru
Sona Rəsulova - ANS ÇM-in baş direktoru

Radioda ən çox çalışmış dicey “Klub Nika” verilişinin aparıcısı Nigar Məmmədova ANS ÇM-də bu il 9-cu ilini qeyd edəcək. Onun sözlərinə görə, ANS ÇM-də işləmək onun uşaqlıq arzusudur.

"Radioaparıcının ən böyük sirri məsulliyətli olmasıdır".

“Bu mənim uşaqlıqdan dinlədiyim radiodur. Tək-tük xoşbəxt adamlardanam ki, öz sevdiyim işlə məşğulam. Yəni uşaqlıq arzumu yerinə yetirmişəm. Uşaq vaxtlarından dinlədiyim radionun aparıcısıyam. Bu da mənim üçün böyük xoşbəxtlikdir. Həmişə çalışmışam ki, öz işimə məsuliyyətlə yanaşım. Yəqin ki, bunu dinləyicilər hiss edirlər", - Məmmədova bildirir.

"Yeni yaşımızda əlimizdən və səsimizdən gələni edəcəyik"
Nigar Məmmədova - "Klub Nika" verilişinin aparıcısı

Təcrübəli aparıcı radioda hər gün maraqlı hadisələr baş verdiyini deyir: “Maraqlı hadisələr baş verir, amma bu efir arxası olduğu üçün dinləyicilər bunu bilməsə yaxşıdır. Çünki bu radionun mətbəxidir və burada danışsam başa düşülməyəcək. Yəni mənim iş yoldaşlarım xatirələri yada salıb gülə bilərlər, dinləyicilər üçün bu qeyri adi gəlməyəcək. Amma xatirələr çoxdur, radionun hər dəqiqəsi xatirədir. Radioda 1 gün digərinə bənzəmir. Radio aparıcının ən böyük sirri məsulliyətli olmasıdır. Çox adam televiziya aparıcı olmaq istəyir. Əgər TV-də efir zamanı bir neçə nəfər məsulliyət daşıyırsa, radioda ancaq dicey məsuliyyət daşıyır. Efirin keyfiyyətindən tutmuş dinləyicilərin səs zövqünə qədər hər şeydən başı çıxmalıdır. Onun üçün də radioaparıcısın bir nömrəli xüsusiyyəti onun məsulliyətli olmasıdır”.

Nigar Məmmədova - dicey
Nigar Məmmədova - dicey

Həftə içi 5 gün yayımlanan “Radio Siqnal” verilişinin aparıcısı Nailə Məmmədova deyir ki, hər il keçtikcə bizim radioda yeniliklər olur:

“Artıq 22 ildir ki, biz birinciyik. Ən son xəbərlər və məlumatlar bizdə səslənir. Doğru xəbər almaq istəyənlərin bir qulaqları həmişə ANS ÇM-də olsun. Bu il bizim üçün çox yaxşı keçdi. Amma yeni yaşımız bundan da yaxşı keçəcək. Hər il keçdikcə bizdə də yeniliklər olur. Bunun üçün də əlimizdən və səsimizdən gələni edəcəyik”

Nailə Məmmədova - dicey
Nailə Məmmədova - dicey

Radiostansiyanın fərqli aparıcılarından biri olan Nərgiz Tahirova özünü təcrübəli dicey hesab etmir. Xəbərlər xidmətinin müxbiri deyir ki, bu sahədə nə qədər çalışsa belə azdır: “Bu sahədə hər zaman öz üzərində çalışmalısan. Biz bu gün də sevinirik ki, 2ü ildir ki, ANS ÇM öz aktuallığını saxlayır”.

ANS ÇM-də xəbərlərin aparıcılarından biri də Fəridə Məmmədovadır. Radiostansiyanın ən gənci ANS ÇM-dən 1 yaş böyük olan Fəridə Nərgiz ilə hər saatın tamamında dinləyicilərə ölkədə və dünyada ən son məlumatları çatdırırlar.

"Mən artıq burada 3 ildir çalışıram. Dünyada baş verənləri yaxından izləyərək çalışırıq son məlumatları dinləyicilərimizə çatdıraq. Azərbayacanın müxtəlif bölgələrində bizim xüsusi müxbirlərimiz var, bizə məlumatlar ötürürlər. Çalışıram işdən sonra istirahət edim, dostlarım ilə görüşüm, amma xəbərsiz qala bilmirəm. Hər dəfə xəbər agentliklərinə baxıram."

Fəridə Məmmədova - müxbir
Fəridə Məmmədova - müxbir

"Hər Səhər" verilişinin aparıcısı DJ Vəfa 9 ildən çoxdur ki, ANS-də işləyir. "İlk dəfə ANS-ə gələndə 17 yaşım vardı. O zamandan etibarən çox yerdə işləmişəm, amma ANS ÇM-də olan isti və mehriban münasibəti başqa heç bir yerdə görməmişəm. Burada kollektiv çox mehribandır, biz burada sanki bir ailəyik".

Vəfa Rəsulova - dicey
Vəfa Rəsulova - dicey

Konsert sabah Yasamal parkında axşam saat 8-də baş tutacaq. İllər öncə ANS-in strukturu, ANS-ə daxil olan media qurumları inkişaf etdikcə radionun yaranmasına da ehtiyac yarandı. Beləliklə, 22 il əvvəl – 1994-cü il mayın 28-də ANS ÇM radiostansiyası ilk dəfə efirə çıxdı. Vahid və Seyfulla Mustafayevlərin yaratdığı radiostansiyaya Milli qəhrəman Çingiz Mustafayevin adı verildi.

Konsertin baneri
Konsertin baneri
"Yeni yaşımızda əlimizdən və səsimizdən gələni edəcəyik""Yeni yaşımızda əlimizdən və səsimizdən gələni edəcəyik""Yeni yaşımızda əlimizdən və səsimizdən gələni edəcəyik""Yeni yaşımızda əlimizdən və səsimizdən gələni edəcəyik""Yeni yaşımızda əlimizdən və səsimizdən gələni edəcəyik""Yeni yaşımızda əlimizdən və səsimizdən gələni edəcəyik"