ABŞ Ukrayna DİN-i “Mirotvorets”in jurnalistlərlə bağlı qalmaqallı nəşrini pisləməyə çağırıb
Paylaş
·55 baxış·1 dəq oxu
ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett daxili işlər naziri Arsen Avakova müraciət edərək “Mirotvorets” saytının qondarma “DXR”da akkreditə olunan jurnalistlər haqqında məlumatla bağlı nəşrini pisləməyi xahiş edib. “Report” xəbər verir ki, bu barədə "Radio Svoboda" məlumat yayıb. Bununla yanaşı amerikalı səfir sözügedən saytı cəfəngiyyat adlandırıb.