Xızı rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in şimal bürosunun məlumatına görə, rayonun Yarımca kəndindən gələn mikroavtobus Qızıl Qazma kəndində dərəyə yuvarlanıb. Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib. Sürücü sağ qalıb. 23 nəfər yaralanıb.

Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib. Onlardan ikisi - 32 yaşlı idman müəllimi Kamil Həziyev hadisə yerində, Sərxan Abdullayev isə Sumqayıt təcili yardım xəstəxanasında keçinib. Bir nəfər xanımın da şəxsiyyəti müəyyənləşib. O, kollec yeməkxanasının işçisi 37 yaşlı Dilarə Əliyeva olub.

Xızı qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilir

Xızıda Sumqayıt müəllimlərinin avtobusu dərəyə düşdü

Xızı rayon icra hakimiyyəti başçısının müavini Azər Əlizadənin ANS PRESS-ə verdiyi məlumata görə, həlak olanlar Sumqayıtdan Xızıya istirahətə gəlmiş şəhər sakinləri olub. Onların Sumqayıt Texnologiya Kollecinin kollektivi olduğu vurğulanır.

Dünyasını dəyişmiş iki nəfər - Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal bölməsinə gətirilib.

11 nəfər xəsarət almış sərnişin isə Siyəzən regional diaqnostika müalicə mərkəzinə aparılıb. Mərkəzin baş həkimi Dadaş Hümbətovun ANS PRESS-ə bildirdiyinə görə, yaralananlardan iki nəfərə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda Xızı, Sumqayıt və Siyəzən rayonlarının təcili yardım avtombilləri hadisə yerinə yönəldilib. Xilasetmə işləri aparılıb.

Müəllimlərin istirahətini faciəyə çevirmiş, sürücü ehtiyatsızlığı və səhlənkarlığının nəticəsi olan ağır qəzanı Xızı polisinin istintaqçıları araşdırır.

Xızı qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilirXızı qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilirXızı qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilirXızı qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilirXızı qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilirXızı qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilirXızı qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilirXızı qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilir