Sneyder İtaliyaya qayıdır?

Sneyder İtaliyaya qayıdır?
12:47 3 Yanvar 2015
175 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus" növbəti dəfə "Qalatasaray"ın hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyderə təklif göndərib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Bayern"in futbolçusu Şerdan Şakiridən əli üzülən "qoca senyora" diqqətini Sneyderin üzərinə yönəldib. Turin klubunun baş məşqçisi Massimliano Alleqri də "Qalatasaray"ın oyunçusuna maraq göstərdiklərini təsdiqləyib. Alleqrinin 4-3-1-2 taktiki sxeminə keçmək planları ilə əlaqədar Sneyderə "10 nömrəli futbolçu" funksiyasını tapşırmaq istədiyi bildirilir.

"Qalatasaray"da alışmadığı mövqedə çıxış edən holland futbolçuya bu amil "Yuventus"u seçmək üçün üstünlük ola bilər. Sneyderə "Mançester Yunayted" və "Mançester Siti"dən də maraq var idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR