“Beynəlxalq Bankın işi”nə görə həbs edilən oliqarxlardan 3 nəfər barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və həmin şəxslər azadlığa buraxılıblar”. Bu barədə ANS PRESS-ə vəkil Kamandar Nəsibov məlumat verib. Onun sözlərinə görə, məlum məsələyə görə saxlananlardan 4 nəfər bu gün, 5 nəfər isə sabah həbsdən azad ediləcək:

“Həmin şəxslərin istintaq müddəti bitdiyi və həbsdə qalmaları üçün heç bir səbəb olmadığı üçün onlar azadlığa buraxılırlar. Ancaq onlar barəsində yeni cinayət işi açılır və polisin nəzarətinə verilir. İş polisin nəzarətində davam etdiriləcək, ancaq həmin şəxslər azadlıqda olacaqlar. Onların yenidən eyni işə görə həbs edilməsi qanunla mümkün deyil. Bizim üçün hazırda vacib olan onların azadlıqda olmalarıdır”.

“Beynəlxalq Bankın işi”nə görə tutulan oliqarxlar azad edildi

“Beynəlxalq Bank işi”nə görə tutulan oliqarxlar həbsdən çıxır?

Vəkil azadlığa buraxılan həmin şəxslərin adlarını da açıqladı: “Bu gün azad edilənlər Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev, “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev və Beynəlxalq bankın Dubay filialının keçmiş müdiri, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun (Qara Polkovnik) oğlu Adil Hüseynovdur. Onlar barəsində seçilən həbs qətimkan tədbirini Nərimanov rayon Məhkəməsi polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ilə əvəz edib.

Kamandar Nəsibov - bir neçə oliqarxın hüquqlarını müdafiə edən vəkil
Kamandar Nəsibov - bir neçə oliqarxın hüquqlarını müdafiə edən vəkil

Ötən ilin may ayında Azərbaycanda bir neçə iş adamı həbs edilib. Tutulan biznesmenlər arasında “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmli, neft oliqarxı, “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azİmport” şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov kimi tanınmış şəxslər də vardı.

“Beynəlxalq Bankın işi”nə görə tutulan oliqarxlar azad edildi

DİN Beynəlxalq Bank işi ilə bağlı vəziyyəti açıqladı

Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev də ötən ilin dekabrında həbs edilib. C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Beynəlxalq Bankdan götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılan iş adamlarından 43-ü sonradan borcunu qaytardığına görə sərbəst buraxılıb.
Sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edirdi.

Həbs edilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilmiş və onların haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Biznesmenlərdən bəzilərinin həbs müddəti bitdiyi üçün sonradan onların bir neçəsinin dustaqlıq müddəti uzadılmışdı.