Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan Avropa çempionatları tarixinin ən güclü hesab etdiyi "11-liy"ini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Barselona"nın üzvü həmin heyətə öz ölkəsindən heç bir oyunçunun adını daxil etməyib.

Əvəzində Ardanın tərtib etdiyi "11-lik"də İspaniya və Fransadan 3, İtaliyadan 2, Hollandiya, Almaniya və Portuqaliyadan isə 1 futbolçu qərarlaşıb.

Qapıçı: Canluici Buffon (İtaliya)

Müdafiəçilər: Lilian Türam (Fransa), Frants Bekkenbauer (Almaniya), Karles Puyol (İspaniya), Paolo Maldini (İtaliya)

Yarımmüdafiəçilər: Xavi Ernandes, Andres İnyesta (hər ikisi İspaniya), Zinəddin Zidan (Fransa)

Hücumçular: Kriştianu Ronaldu (Portuqaliya), Marko van Basten (Hollandiya), Tyerri Anri (Fransa)

Milli.Az