Gənclər İdman Nazirliyi, Milli Olimpiya Komitәsi, Azərbaycan Velosiped İdmanı Fedarasiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "Dəniz Kənarı Bulvar İdarəsi" və "Sportsman" jurnalının birgə təşkilatçılığı ilə Rio-2016 оlimpiyaçılarımıza dəstək olaraq, bulvarda həvəskarların veloturniri keçirilmişdir.

Yarışma və tədbirdə açlış üçün söz Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədova verilmişdir. O, Olimpiyaçılarmıza Rioda keçriləcək olimpiyadada uğurlar arzulamışdır. Aydın müəllim bu veloturda zəhməti keçən hər bir kəsə öz təşəkkürünü bildirmışdir. O cümlədən də belə bir şəraiti yaratdıqları üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "Dəniz Kənarı Bulvar İdarəsinin" rəisi İlqar Mustafayevə, arxitektura və dizayn sektor müdiri Samir Nəsirliyə və mühafizə xidmətinin rəisi Ehtiram Səfərova velotura dəstək olduqları üçün öz təşəkkürünü bildirmişdır.

Qaliblər və əzimkarlara diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Xanımlar arasında I yerin qalibi Könül Rüstəmli, II yerin qalibi Fəridə Məmmədova və III yerin qalibi Səidə Mirməmmədli olmuşlar. Əzimkar veloturçular nominasiyasında aktirisa-model Leyla Babayeva və "Sehirli Dünya" uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova olmuşdur.

Kişilər arasında I yerin qalibi Qəzənfər Mirzəliyev, II yerin qalibi Xəyyam Səfyarov və III yerin qalibi Rayıbxab Şükürov olmuşlar. Əzimkar velotorcular nominasiyasında əməkdar artist Səlim Abbasov və aktiyor-teleaparıci İslam Mehrəliyev olmuşdur.

Yarış sona catdıqdan sonra estrada ulduzlarının çıxışları, sponsorların hədiyyələri tədbirə daha da rəngarənglik qatmışdır. Aparıcilar və iştirakçılar Rio-2016-da olimpiyaçılarmıza uğurlar arzulamışlar. Bununla da tədbir sona catmışdır.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Bulvarda həvəskarların veloturniri keçirilib - FOTO