[ 25 Fevral 2015 11:00 ]
Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi rezidentlərə müraciət edib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, müraciətə əsasən, Bakı 2015 İlk Avropa Oyunlarında həkim qismində iştirak etmək istəyən rezidentlərdən 6 mart tarixinə kimi fotoşəkilli tərcümeyi-hallarını t.ahmadova@health.gov.az elektron poçtu ünvanına yollamaları xahiş olunur.
Yalnız seçilən rezidentlərlə əlaqə saxlanılacaq.