"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, soyğunçuluq etdiklərinə görə aprelin 20-də tutulan Firdovsi Əliyevin və Qalib Nəbiyevin ətrafında Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il noyabrın 27-də Türkiyə vətəndaşı Çalışkan Osmanın 420 manat və 4300 ABŞ dollarını pulunu, habelə mobil telefonunu quldurluq yolu ilə almaları da müəyyən edilib.