Uzun müddətdir efirlərdə görünməyən Kənan M.M-in həyat yoldaşı Aygün Mahmudova ATV-də yayımlanan "Qadına görə" verilişində qonaq olub.
Milli.Az atv.az-a istinadən bildirir ki, o, ana olandan sonra efirlərə çıxmadığını bildirib: "Hamiləlik zamanı yox, ana olandan sonra kilom artdı. 3 aydan sonra idmanla məşğul olsalar, çəki almazlar. Fiquram pozulacaq deyə, övlad dünyaya gətirmək istəməyənlərə mən normal baxmıram. Övladlarıma dayə tutmamışdım, özüm baxırdım. Ona görə efirlərə çıxmırdım".
Milli.Az