Azərbaycanın xalq artisti Taryel Qasımovun nəvəsi, nəğməkar şair Fariz Kərimlinin səhhəti pisləşib.
Axşam.az BAKU.WS-ə istinadən xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən gənc şair sosial şəbəkə vasitəsilə videomüraciət edib. Böyrək köçürülməsi üçün 10 min manata ehtiyacı olduğunu deyən Kərimli babasının onunla maraqlanmadığını bildirib.