"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, işin istintaqını aparan prokurorlar qeyd edirlər ki, 20 iyul 2011-ci ildə RFА İcraiyyə Komitəsində Mirça Sandu və Dumitru Draqomirin təzyiqləri nəticəsində Krayova şəhəri “Universitatea” klubunun heç bir əsas olmadan ölkə çempionatından kənarlaşdırılması ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin qərarına əsasən, hər iki sabiq prezident 80 min lei (17 min avro) cərimələnib, eləcə də 2 il müddətinə bəzi hüquqlardan məhrum olunublar. Bununla yanaşı RFF və PFL 370 min lei ( 82 min avro) cərimələnib. Məhkəmə, həmçinin hər iki şəxsin, RFF və PFL-in “Universitatea” klubunun sabiq sahibi Adrian Mititelə 1 mlyd lei (220 milyon avro) həcmində kompensasiyanın ödənilməsi barədə də qərar çıxarıb.
Qeyd edək ki, 25 iyun 2012-ci ildə Rumıniya Futbol Federasiyası və Peşəkar Futbol Liqası rəhbərlərinin qanunsuz əməlləri Buxarest Apellyasiya məhkəməsi tərəfindən də təsdiq edilib.