Onun sözlərinə görə, təmsil etdiyi bankın Azərbaycana enerji təchizatının yaxşılaşdırılması layihəsinin icrası üçün ayırmaq istədiyi kreditin ümumi həcmi 750 mln. dollardır. İlkin mərhələdə hökumətə bunun 250 mln. dolları çatacaq: "Bu pul Bakı istisna olmaqla bütüm ölkəyə ayrılacaq. Birinci tranş hesabına yarımstansiyalar üçün avadanlıqlar - transformatorlar, paylayıcı vasitələrin alınması və quraşdırılması, eləcə də əhalinin sayğaclarla təmin edilməsi nəzərdə tutulub".
N.Mannapbekov kreditin hansı şərtlərlə ayrılacağı barədə də danışıb: "Bu kredit ilk 5 ili güzəştli olmaqla 25 il müddətində 6 aylıql Libor + təxminən 0,4% dərəcəsi ilə ayrılacaq. Kreditləşməyə dair bütün sənədlər müqavilə bağlanandan sonra təxminən iki həftə ərzində ADB-nin saytında yerləşdiriləcək".