İtaliya millisinin kapitanı Canluici Buffon Belçika üzərində qazanılan qələbədən (2:0) sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli qolkiper komandanın layiqli qələbə qazandığına işarə vurub.

"Biz mümkün olan yeganə yolla qalib gəldik. Biz gücümüzü başa düşürük, özümüzə əminik. Kağız üzərində bizdən daha güclü olan Belçika ilə ağıllı oynadıq. Komanda ruhunu ortaya qoyduq. İtaliya xalqının oyunu qürurla izlədiyinə əminəm. Hər matçda belə oynamaq lazımdır. Əks halda, bu qələbənin mənası olmaz".

Milli.Az