Bakı, 25 fevral, AzərTAc
Azərbaycanın tanınmış bəstəkarı Sevinc Tofiqqızı Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının əziz xatirəsinə həsr etdiyi kompozisiyasına çəkdirdiyi klipin təqdimatını keçirib.
AzərTAc xəbər verir ki, təqdimat mərasimi Şuşa İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
Təbirdə çıxış edən Sevinc Tofiqqızı bildirib ki, “Xocalı fəryadı” adlı kompozisiyasını Xocalı şəhidlərinə həsr edib. O deyib: “Bir bəstəkar kimi bu işi görmək mənim borcum idi. Klipin rejissoru Əziz Orucov, aranjemançı isə Osman Həmidovdur.
Mənim üçün çox ağır olsa da, bu klipdə rol aldım və mənən Xocalının o ağrılı günlərini yaşadım. Klipdə mənimlə bərabər balaca Nərmin İmamquliyeva da çəkilib. Təqdimatın keçirilməsində bizə dəstək verən Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərova təşəkkürümü bildirirəm”.
“Azərsun Holdinq”in mədəniyyət mərkəzində keçirilən mərasimdə Xocalıda valideynlərini itirmiş uşaqlar, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

