Bu barədə "Report"a açıqlama verən xalq artisti Hacı Murad Yagizarov Bakıda olduğu müddətdə Rus Dram Teatrının repertuarında olan tamaşalarında çıxış etdiyini bildirib.
"Bildiyiniz kimi, mən Almaniyada yaşayıram. Amma doğma şəhərim Bakını çox sevdiyimdən hər il vətənimə gəlirəm. Rus Dram Teatrının repertuarında olan bir neçə tamaşada obrazlarımı ifa edirəm. "Artist və onun kölgəsi" tamaşası məxsusi olaraq mənim 75 illik yubileyim münasibətilə hazırlanıb. İki ildir teatrın repertuarında olan tamaşa V.Stupinskinin "Taraq" əsərinin motivləri əsasında hazırlanıb. Tamaşanın rejissoru İlqar Safatdır. Tamaşanın növbəti nümayişindən sonra , tamaşaçıların mənə ünvanlanan suallarına cavab verdim və avtobioqrafik -"Yaddaşımın dalğaları ilə" kitabımı imzalayaaraq tamaşaçılara hədiyyə etdim",- deyə, o vurğulayıb.
Qeyd edək ki, H.M.Yagizarov may ayında Bakıya qayıdıb. Aktyor Rus Dram Teatrının repertuarında olan "Qurdlar və quzular" və "Artist və onun kölgəsi" tamaşalarında çıxış edir.

