"Avro-2016"nın qrup mərhələsində İslandiya ilə keçirilən oyun Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu üçün əlamətdar olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu yığmasının heyətində 127-ci oyununa çıxıb.
Ronaldu bununla da Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqunun rekorduna şərik olub. Lakin Ronaldu növbəti matçda da meydana çıxacağı təqdirdə Portuqaliya millisində ən çox oyun keçirən futbolçular arasında mütləq rekorda sahib olacaq.
Qeyd edək ki, İslandiya ilə oyuna qədər yığmasının heyətində 126 görüş keçirən Ronaldu 58 qol vurub.
Milli.Az