“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, Dövlət Məşğulluq Xidmətinin bütün şəhərlərdə, bölgələrdə mərkəzləri var: "İstənilən işsiz şəxs həmin mərkəzlərə müraciət edərək belə tədris mərkəzərində əlavə peşə ixtisası almaq üçün imkanlar əldə edə bilərlər. Vətəndaşlar orada oxuduqları müddətdə həm təqaüdlə təmin olunur, həm gediş-gəlişi üçün nəqliyyat xərci ödənilir. Sonra həmin şəxslərə əmək bazarında müvafiq işlə təmin olunması üçün köməklik də göstərilir".
Nazir qeyd edib ki, hazırda peşə tədris mərkəzlərinin coğrafiyası genişləndirilib: "Bu günlərdə Gəncə şəhərində yeni mərkəzinin açılışı gözlənilir. Daha beş regionda belə mərkəzlərin yaradılması nəzərdə tutulub".