Azərbaycan işğal edilmiş ərazilərin azad edilməsi üçün Rusiyanın Ermənistana təzyiq etməsini gözləyir.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Bakıdan Rusiyaya üstüörtülü ismarıc - Ermənistana təzyiq etməsəz...

Ekspetin fikrincə, Azərbaycan ordusunun bu günlərdə keçirdiyi genişmiqyaslı hərbi təlimlərinin bir məqsədi də məhz budur:

Bakıdan Rusiyaya üstüörtülü ismarıc - Ermənistana təzyiq etməsəz...

"Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə iyunun 20-də Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterbuqrda görücəşəcəklər. Bundan bir gün əvvəl isə Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Təlimlər 6 gün davam edəcək. Əlbəttə, bu təlimlər Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun həyata keçiriləcək.

Bakıdan Rusiyaya üstüörtülü ismarıc - Ermənistana təzyiq etməsəz...

Buna baxmayaraq, Sankt-Peterburqda azərbaycanlı və erməni həmkarlarıyla görüşdüyü saatlarda Azərbaycanda keçirilən hərbi təlimləri Putin rəsmi Bakının bu şəkildə üstüörtülü mesajı kimi də oxuya bilər - Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq məqsədilə Ermənistan hakimiyyətinə təzyiq etməsəz, atəşkəs müvəqqəti xarakter daşıyacaq. Biz də istəyirik ki, Putin hərbi təlimlərimizi məhz elə bu cür oxusun".

İlkin İzzət
Milli.Az