Türkiyənin məşhur müğənnisi Serdar Ortacın xanımı Xlo Loqnan aparıcı olacaq.

Milli.Az "Posta"ya istinadən xəbər verir ki, irandiyalı gözəl "D maqazin" verilişinin aparıcısı seçilib. O, futbolçu Caner Erkinin keçmiş həyat yoldaşı Asena Atalayı əvəz edəcək.

"Türk dilində danışıq bacarığımı daha da inkişaf etdirmişəm. Maqazin dünyası ilə çox maraqlanıram. Kimin nə etdiyini çox yaxşı bilirəm",- deyə model bildirib.

Digər maqazin və maraqlı xəbərləri Milli.Az Şou Facebook səhifəmizdən izləyin.

Milli.Az