Xorvatiya - İspaniya matçından öncə Pireney təmsilçisinin dövlət himni səslənərkən Jerar Pikenin əl jesti əslən katalon futbolçuya qarşı tənqidləri yenidən alovlandırdı.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniyanın müstəqilliyinə tərəfdar olan müdafiəçi bunları deyib:

"İspaniyanın himninə heç vaxt hörmətsizlik etmərəm. İnsanlar məni tanıyır. Fransaya gəlmişik ki, Avropa çempionu olaq. "Real" və "Barcelona"nın maraqları üst-üstə düşməsə də, hazırda əsas məqsəd milli komandanın bu turnirdə qalib olmağıdır".

Milli.Az