Qazax. 24 iyun. REPORT.AZ/ Bir neçə gün əvvəl Qazax rayonunda tapılmış naməlum qadın meyitinin şəxsiyyəti müəyyənləşib.
"Report"un Qərb bürosu xəbər verir ki, meyit Gürcüstan vətəndaşı, 1977-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsusdur.
Onun Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən qətlə yetirildiyi məlum olub.